- XƏBƏRLƏR -
513 Arxiv
“Azərbaycanın “yaşıl” enerjiyə keçidlə bağlı təşəbbüsləri” mövzusunda tədbir
2024.12.09 11:16

Dekabrın 9-da Azərbaycan Dövlət Dəniz Akademiyasında “Gəmi elektroavtomatikası” kafedrasının əməkdaşları tərəfindən sonuncu kurs tələbələri üçün Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) təşkil edilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinin 2024-cü il üçün Tədbirlər Planına uyğun olaraq tədbir təşkil edilib.

“Gəmi elektroavtomatikası” kafedrasının müdiri, dosent Elşən Sultanov vətənimizdə keçirilmiş möhtəşəm tədbirin mahiyyəti və “Azərbaycanın “yaşıl” enerjiyə keçidlə bağlı təşəbbüsləri” haqqında geniş məlumat verib. O, qeyd edib ki, Azərbaycan bərpa olunan enerji sahəsində qabaqcıl ölkələr sırasına yüksəlmək əzmindədir və bu məqsədlə zəngin külək və günəş potensialından istifadə edir. Bu, həmçinin ölkənin 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40% azaltmaq planının mühüm tərkib hissəsidir. Ölkə 2030-cu ilə qədər elektrik enerjisində bərpa olunan enerjinin qoyuluş gücü üzrə payını 30%-ə çatdırmaq və yaşıl enerji sahəsində lider olmaq üçün mövcud enerji sistemini şaxələndirir.

Sonra kafedrasının əməkdaşı Rüslan Əlicanov “Gəmilərdə alternativ enerji mənbələrindən istifadə imkanları” mövzusunda məlumat verib.

Məruzələr yekunlaşdıqdan sonra auditoriyanı maraqlandıran suallar cavablandırılıb, tələbələrlə birgə fikir mübadiləsi aparılıb.