- XƏBƏRLƏR -
989 Arxiv
ADDA əməkdaşları konfransda iştirak ediblər
2024.12.06 11:54

ADDA-nın əməkdaşları - professor Vaqif Həsənov, professor Nəsir Hüseynov və Aqil Ömərov Azərbaycan Texnologiya Universitetində “İnnovativ ekosistemlərin inkişafında universitetlərin rolu" adlı Respublika elmi-praktik konfransında məqalə ilə iştirak edərək sertifikata layiq görülüblər. 8 Noyabr - Zəfər Gününə həsr olunmuş 2 günlük Respublika elmi-praktik konfransı Qida mühəndisliyi və texnologiyaları, Süni intellekt, elektronika və informasiya texnologiyaları, Tekstil və yüngül sənaye, Dizaynda innovativ texnologiyalar, Maşınqayırma, nəqliyyat və logistika, Metallurgiya mühəndisliyi, Rəqəmsal iqtisadiyyat və idarəetmə, Turizm sənayesinin təşkili, Ətraf mühit, təhlükəsizlik və dayanıqlı inkişaf, Fundamental elmlər və innovativ texnologiyalar, Mültikultural təhsildə innovativ texnologiyalar bölmələrini əhatə edib.