- XƏBƏRLƏR -
1041 Arxiv
“COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyəti” mövzusunda dəyirmi masa
2024.10.18 16:07

Oktyabrın 18-də “ADDA” PHŞ-də iqlim dəyişikliyi və COP29 ilə bağlı maarifləndirmə kampaniyası çərçivəsində “Gəmi elektroavtomatikası” kafedrasının təşkilatçılığı ilə “Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış  Energetika İnstitutu” MMC-nin “Enerjisistemin perspektiv inkişafı” şöbəsi və “Azərbaycan Texniki Univerisiteti” PHŞ-nin “Enerji effektivliyi və yaşıl enerji texnologiyaları” kafedrası ilə birgə dəyirmi masa keçirilib.

Giriş sözü ilə çıxış edən “Gəmi elektroavtomatikası” kafedrasının müdiri, dosent Elşən Sultanov bu tədbirin mahiyyəti haqqında qısa məlumat verib. Sonra fakültə dekanı, dosent Rafiq Əsgərov COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyətinə diqqət çəkib.

“Gəmi elektroavtomatikası” kafedrasının baş müəllimi Elsevər Həsənov “İqlim dəyişməsinə uygunlaşma” mövzusunda məruzə ilə çıxış dərək ətraflı məlumat verib.

Daha sonra “Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış  Energetika İnstitutu” MMC-nin “Enerjisistemin perspektiv inkişafı” şöbəsinin müdiri, texnika elmləri doktoru Valeh Nəsibov çıxış edərək “Yaşıl enerjinin tətbiqi  ilə iri layihələr” mövzusunda  fikirlərini tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Sonda isə “Azərbaycan Texniki Univerisiteti” PHŞ-nin “Yaşıl enerji texnologiyaları” kafedrasının dosenti Rəna Həmidova  “Aşağı temperaturlu geotermal suların istiliyindən istifadə edərək elektrik və istilik enerjisinin istehsalının tədqiqi” mövzusuna toxunub.

 Məruzələr yekunlaşdıqdan sonra auditoriyanı maraqlandıran suallar cavablandırılıb, birgə fikir mübadiləsi aparılıb.