Oktyabrın 15-də ADDA-da “Humanitar fənlər” kafedrasının professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına həsr olunmuş “Təhsil müəssisələrində Azərbaycanın COP29-a sədrliyi Qlobal Şimal və cənub arasında körpüdür” mövzusunda Dəyirmi masa keçirilib. “Dəyirmi masa”da “Humanitar fənlər” kafedrasının müdiri İlqar Abdullayev və kafedranın əməkdaşları çıxışlar edib.
Tədbirin sonunda mövzu ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb.