- XƏBƏRLƏR -
837 Arxiv
Qrant müsabiqəsini qazandıq
2024.10.14 10:04

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25.12.2023-cü il tarixli Sərəncamına əsasən, Azərbaycan Elm Fondu “Əsas Qrant Müsabiqəs i- 2024”ün   keçirilməsi ilə bağlı müsabiqə elan etmişdi. Müsabiqədə Azərbaycan Dövlət Dəniz Akademiyasının “Gəmiqayırma və gəmi təmiri” kafedrasının və Azərbaycan Texniki Universitetinin “Maşınqayırma texnologiyası” kafedrasının alimləri “Rəqəmli proqramla idarə olunan dəzgahlarda iqtisadi emal şərtlərinin texnoloji təminatı” adlı layihə ilə birgə iştirak edərək qalib gəliblər.

Layihə Fizika, riyaziyyat və texnika elmləri sahəsinin Gəmiqayırma, gəmi təmiri tехnоlоgiyası və gəmiqayırma istеhsalının təşkili (1-11-01), Maşınqayırma tехnоlоgiyası (1-06-05), Maşınlar, aqrеqatlar və prоsеslər (1-06-07), Standartlaşdırma və məhsulun kеyfiyyətinin idarə оlunması (1-06-10), Mехaniki və fiziki-tехniki еmal prоsеslərinin tехnоlоgiyası və avadanlıqları (1-07-01), Riyazi mоdеlləşdirmə (1-15-12) istiqamətləri üzrə fundamental-tətbiqi xarakter daşıyır.

200 min manat dəyərində layihənin maliyyələşdirilməsi 2024-2026-ci illərdə Azərbaycan Elm Fondunun büdcə vəsaiti hesabına həyata keçiriləcək.

Müsabiqə nəticələri ilə aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz:

https://www.aef.gov.az/az/grant/view/54