Azərbaycan Dövlət Dəniz Akademiyasında Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Beynəlxalq elmi-texniki konfransın ən yaxşı elmi məqalələri “ADDA-nın elmi əsərləri” məcmuəsində dərc edilir. Bu günlərdə elmi jurnalımızın 2024-cü ildə ilk nömrəsi işıq üzü görüb.
Jurnala 30 məqalə daxil olub. Onların sırasında Rusiya, Almaniya və Qazaxıstan alimlərinin məqalələri də yer alıb. Bu elmi məqalələr gənc mütəxəssislərin elmi işlərinə fayda verməklə yanaşı, dənizçilik sahəsində də geniş istifadə oluna bilər.
Qeyd edək ki, jurnal dörd bölmədən (Gəmiqayırma və gəmi təmiri texnologiyası, Gəmiçilik və su nəqliyyatının istismarı, Gəmiçilik texnikası və Gəmiçilikdə təbiət elmləri problemləri) ibarət olaraq İSSN 2220-1025 indeksi altında təsdiqlənib. Ali Attestasiya Komissiyasının dövri elmi nəşrlər siyahısına daxil olan jurnalda elmi dərəcə iddiaçılarının orijinal tədqiqatlarının nəticələri dərc edilir.
Redaksiya heyətinin 5 üzvü xarici ölkə alimləridir. Jurnalın baş redaktoru ADDA “PHŞ”-nin rektoru, dosent Heydər Əsədov, elmi redaktoru ADDA “PHŞ”-nin Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Vüqar Sadıqovdur.
Jurnalımızın yeni nömrəsi ilə aşağıdakı linkdən tanış ola bilərsiniz: