- XƏBƏRLƏR -
307 Arxiv
ADDA tələbələrinin yay təcrübəsi başlayıb
2024.06.20 12:56

ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) tələbələrinin yay təcrübəsi başlayıb.

Bu gün ASCO stukturlarında yay təcrübəsinə qatılacaq ADDA tələbələri üçün “Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə giriş” təlimatı keçirilib.

Akademiyada 1-ci tədris ilini bitirən 198 tələbə Xəzər Dəniz Neft Donanmasında, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda və “Bibiheybət” Gəmi Təmiri Zavodunda yay təcrübəsində olacaq.

ADDA-nın 2 və 3-cü kurslarından oxuyan 307 tələbə də Xəzər Dəniz Neft Donanması və Dəniz Nəqliyyatı Donanmasının gəmilərində təcrübə keçəcək.

Digər 34 tələbə özəl gəmiçilik şirkətlərində, 2 tələbə isə Dövlət Dəniz və Liman Agentliyində təcrübəyə cəlb edilib.