“Azərbaycan Dənizçilik Kolleci” PHŞ-də yay imtahan sessiyası davam edir. İmtahanlar “Elektron Kollec” platforması üzərindən aparılır.
İmtahan sessiyasının birinci mərhələsi 31 may - 05 iyul tarixlərini əhatə edir və “Gəmi sürücülüyü”, “Gəmi energetik qurğularının istismarı” və “Elektrik təchizatı (su nəqliyyatında)” ixtisasları üzrə tədris qruplarında oxuyan tələbələr iştirak edir.
İkinci mərhələni əhatə edən 08 iyul - 10 iyul tarixlərində isə imtahanlarda üzrsüz səbəbdən iştirak edə bilməyən, həmçinin qeyri-müvəffəq qiymət olan tələbələr üçün təkrar imtahanların təşkil olunması nəzərdə tutulub.