Mayın 21-də “ADDA” PHŞ-də “Gəmi elektroavtomatikası” kafedrasının professor-müəllim heyətinin və tələbələrinin iştirakı ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının təşkil edilməsi ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tədbirlər planına uyğun olaraq “maarifləndirmə tədbiri” keçirilib.
Tədbiri giriş sözü ilə açan “Gəmi elektroavtomatikası” kafedrasının müdiri Elşən Sultanov tədbirin mahiyyəti haqqında məlumat verib.
“Gəmi mexanikası və Elektromexanikası” fakültəsinin dekanı Rafiq Əsgərov karbon emissiyalarının sıfıra endirilməsi ilə bağlı məqama diqqət çəkib.
Daha sonra kafedranın müəllimləri Elsevər Həsənov “İqlim dəyişməsinə uygunlaşma” mövzusunda və Aynurə Allahverdiyeva “Azərbaycanın COP-29-a sahib çıxması tarixi hadisədir” mövzusunda məruzə ilə çıxış edərək ətraflı məlumat veriblər.