- XƏBƏRLƏR -
825 Arxiv
COP29 dəyirmi masa mövzusudur
2024.05.20 13:33

Mayın 17-də ADDA-da “Humanitar fənlər” kafedrasının professor-müəllim heyətinin və tələbələrinin iştirakı ilə “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının təşkil edilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinin 2024-cü il üçün Tədbirlər Planına uyğun olaraq “Dəyirmi masa” keçirilib.

Dəyirmi masada “Humanitar fənlər” kafedrasının müdiri İlqar Abdullayev “COP29 nədir?”  mövzusunda çıxış edib.

Daha sonra “İşğal altında olmuş torpaqlarda törədilən ekoloji terror” mövzusunda həmin kafedranın baş müəllimi Elbrus Həşimov ətraflı məlumat verib.

Tədbirin sonunda mövzu ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb.