ADDA-da Caspian Marine Services B.V. şirkəti və Akademiyanın “Gəmi mexanikası və elektromexanikası” fakültəsinin professor-müəllim heyətinin və tələbələrinin iştirakı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş elmi-praktiki seminar keçirilib.
Seminarda “2024 - Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində enerjiyə qənaət, emissiyaların azaldılması, alternativ enerji mənbələrindən istifadə imkanları, eləcə də gəmi sənayesində hibrid və elektrik mühərriklərinin istismarı perspektivləri ilə bağlı texniki və mühəndislik, eləcə də insan resurslarının idarə olunması şöbələrini təmsil edən mütəxəssislər fikir mübadiləsi aparıblar, tələbələrin suallarını cavablandırıblar. CMS nümayəndələri həmçinin şirkətin fəaliyyəti, tələbələrin karyera imkanları haqqında ətraflı məlumat veriblər.