- XƏBƏRLƏR -
661 Arxiv
Akademiya tələbələrinin uğuru
2024.05.16 09:25

Bu günlərdə Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda Ali təhsil müəssisələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş üzgüçülük yarışı keçirilmişdir.

Yarışda “Azərbaycan Dövlət Dəniz Akademiyası” PHŞ-nin komandası iştirak edərək III yeri tutmuşdur. Komandamız Kubok və medallarla, eyni zamanda  İnstitutun rektoru vəzifəsini icra edən, Vətən Müharibəsi qəhrəmanı, polkovnik Nizami Mövlanov tərəfindən “Fəxri Fərman”la təltif olunmuşlar.

08.05.2024-cü il tarixində ADDA üzgüçülərimizlə görüş keçirilmişdir. Görüşdə çıxış edən Akademiyanın elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Vüqar Sadıqov gəncləri Akademiya rəhbərliyi adından təbrik edərək belə yarışlarda yer qazanmanın tələbələrimizin böyük uğuru olduğunu vurğulamış, ADDA Rektorunun tapşırığı ilə mükafatlandırılacaqlarını bildirmişdir. Daha sonra çıxış edən “Gəmi sürücülüyü” fakültəsinin dekanı Elnur Abbasov yarışda iştirak edən tələbələrə yeni uğurlar arzulamışdır.