- XƏBƏRLƏR -
575 Arxiv
ADDA Elmi Şurasının iclası keçirilib
2024.05.10 14:32

Mayın 7-də “Azərbaycan Dövlət Dəniz Akademiyası” PHŞ-nin Elmi Şurasının növbəti iclası keçirilib.

Elmi Şuranın iclasını giriş sözü ilə açan Akademiyanın rektoru Heydər Əsədov gündəlikdə duran məsələləri elan etdi. 2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasına və Yekun Dövlət Attestasiyasına hazırlıq haqqında fakültə dekanlarının məlumatları dinlənildi və Tədris qeydiyyat şöbəsinə, fakültə dekanlarına, kafedra müdirlərinə və İnformasiya Resurs Mərkəzinə müvafiq tapşırıqlar verildi. İkinci məsələ ilə bağlı “Gəmi sürücülüyü” fakültəsində tədris prosesinin təşkilinin vəziyyəti haqqında Təhsil və elm komissiyası arayış təqdim etdi. Cari məsələlərdən elmlər doktoru proqramı üzrə təhsil alan dissertantların hesabatları dinlənildi, eyni zamanda ixtisaslar üzrə tədris planları və tədris qrafikləri müzakirə edilərək təsdiq olundu.