- XƏBƏRLƏR -
1383 Arxiv
ADDA-nın rektoru "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilib
2024.05.01 14:55

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) rektoru Heydər Əsədov "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunub.

Yubiley medalını rektora elm və təhsil naziri Emin Əmrullayev təqdim edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, bir qrup elm və təhsil işçisi ümummilli lider Heydər Əliyev irsinin tədqiqi və təbliği, azərbaycançılıq ideyasının həyata keçirilməsi, ölkənin sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafında, həmçinin dövlət idarəçiliyində və ictimai-siyasi sahədə xidmətlərinə görə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.