- XƏBƏRLƏR -
729 Arxiv
“Enterprise Azerbaijan”la əməkdaşlıq
2024.02.20 12:02

Fevralın 19-da İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalının əməkdaşları Azərbaycan Dövlət Dəniz Akademiyasının professor, müəllim və tələbə heyəti ilə görüş keçiriblər. Görüş çərçivəsində “Enterprise Azerbaijan” portalının rəhbəri Mətanət Musayeva “Startup School 2-AI for Green  Solidarity” layihəsi haqqında ətraflı məlumat verib. “Enterprise Azerbaijan” portalının layihə meneceri Nəzrin Əkbərova komanda üzvlərinin seçilməsi, layihənin ilkin hazırlanması və portal üzərindən qeydiyyatının aparılması barədə danışıb. “Enterprise Azerbaijan” portalının xarici təcrübəçisi Peter Balogh öz təcrübəsini tələbələrlə bölüşüb. Tədbirin əsas məqsədi Azərbaycan Dövlət Dəniz Akademiyasının Tələbə Elmi Cəmiyyətinin bu tipli Startup layihələrdə aktiv iştirakının təmin olunması və tələbələrin ideyalarını dəyərləndirilməsi olub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı əsasında 2018-ci ildə təsis edilmiş İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalının ABŞ-ın Nevada Universiteti və Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzi ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən “StartUp School 2-AI for Green Solidarity” layihəsinə sənəd qəbulu 2024-cü il fevral ayının 1-dən etibarən başlayıb, martın 17-ə qədər davam edəcək.