- XƏBƏRLƏR -
829 Arxiv
20 yanvar - Ümumxalq hüzn günüdür!
2024.01.19 12:24

Azərbaycan Dövlət Dəniz Akademiyasında “Humanitar fənlər” kafedrasının təşkilatçılığı, tələbə və müəllimlərin fəal iştirakı ilə 20 yanvar - Ümumxalq hüzn gününə həsr olunmuş silsilə tədbirlər həyata keçirilib. Tədbirlərdə  20 yanvar ümumxalq faciəsi kimi təqdim olunmaqla yanaşı, 34 il əvvəl baş vermiş bu hadisənin Azərbaycan xalqının tarixində onun müstəqilliyinə və suverenliyinə gedən yolda bir başlanğıc - dönüş nöqtəsi olduğu vurğulanıb.