- XƏBƏRLƏR -
502 Arxiv
ADDA tələbələri “20 Yanvar – Qəhrəmanlıq salnaməsi” sərgisi ilə tanış olublar
2024.01.18 13:00

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) bir qrup tələbəsi “Suraxanı” gəmi-muzeyində “20  Yanvar – Qəhrəmanlıq salnaməsi” sərgisi ilə tanış olub.

Ziyarət zamanı tələbələrə 1990-cı ilin 20 Yanvar hadisələri barədə ətraflı məlumat verilib.  Bildirilib ki, məhz Qanlı Yanvar hadisələrindən sonra Azərbaycan xalqı daha sıx birləşərək imperiya caynaqlarından qurtulmaq üçün mübarizəni gücləndiriblər.

Sonra ADDA tələbələrinə həmin hadisələrdə dənizçilərin göstərdikləri şücaət haqqında bəhs edən “20 yanvarda doğulanlar” bədii-sənədli filmi nümayiş edilib.

Ziyarətçilər peşəkar rəssamların 20 Yanvar hadisələrinə həsr etdikləri əsərlərlə yanaşı, Şəhidlərə aid şəxsi əşyalar, arxiv sənədlərlə də tanış olublar.

Milli Azərbaycan Tarix Muzeyinin dəstəyi ilə 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş  sərginin məqsədi doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladlarını yad etmək, onların göstərdikləri şüacəti geniş auditoriyaya çatdırmaqdan ibarətdir. Sərgi  21 yanvaradək davam edəcək.