- XƏBƏRLƏR -
1136 Arxiv
Tətbiqi mexanika kafedrasının əməkdaşları II Beynəlxalq seminarda
2023.12.20 16:40

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 19 dekabr 2023-cü il tarixində “Xəzər və dünya akvatoriyasında  dinamik neft sızmasının lokallaşdırılması” mövzusunda II Beynəlxalq seminar keçirilmişdir.

Azərbaycan Dövlət Dəniz Akademiyası PHŞ-nin Tətbiqi mexanika kafedrasının müdiri, prof. V.H.Həsənovun rəhbərliyi ilə “Локализация динамики утечки нефте-проводов в каспийском море Азербайджана” adlı məruzə hazırlanaraq seminarda dinlənilmişdir.

Bununla əlaqədar olaraq prof. Vaqif Həsənov, dos. Leyla Həsənova, m.ü.f.d. Gülşən Axundova və b/m Xamməd Əliyev onlayn, kafedranın doktorantları İbrahimli Elvin (əsas məruzəçi), Həziyev Əlihüseyn, b/l Bayramova Fəranə isə seminarda ənənəvi formatda iştirak etmişlər.

Seminarın keçirilməsində məqsəd neft sızmaları ilə mübarizə sahəsində təcrübə mübadiləsinin aparılması, müvafiq qurumlar arasında sözügedən istiqamətdə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi olub.

Seminarda Xəzər dənizində və dünya akvatoriyasında mümkün neft sızmaları və bu sızmaların qarşısının operativ alınmasında birgə fəaliyyətin əhəmiyyətindən danışılıb, sözügedən sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsinin müvafiq ekosistemin qorunub saxlanılmasına mühüm töhfə verəcəyi vurğulanıb. Həmçinin, bildirilib ki, Xəzər dənizinin ekosisteminin qorunub saxlanması və onun çirkləndirilməməsi, mümkün neft sızmalarının qarşısının alınması və ekoloji risklərin vaxtında müəyyənləşdirilməsi istiqamətində qabaqcıl təcrübələrin öyrənilib tətbiq edilməsi və qarşılıqlı mübadiləsi bütün aidiyyəti qurumların marağında olan məsələdir.

Tədbirdə seminar iştirakçılarının məruzələri dinlənilib, mövzu ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda seminar iştirakçılarına FHN Akademiyasının sertifikatları təqdim olunub.