- XƏBƏRLƏR -
842 Arxiv
ADDA tələbələri Metrologiya institutunda
2023.12.12 11:49

Akademiyanın xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirləri davam edir. Belə ki, “Gəmi mexanikası və elektromexanikası ” fakültəsinin 091A1, 091A2, 091A3 və  090R qrup tələbələri əməkdar metroloq, professor Yusif Həsənovun rəhbərliyi ilə İqtisadiyyat nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət  Xidmətinin Azərbaycan Metrologiya İnstitutunda olublar. Tələbələrin dövlət etalonları ilə tanışlığı gəmilərdə müxtəlif ölçmə vasitələrinin dəqiq və xətasız  işləməsinin necə izlənildiyinin əyani şəkildə öyrənilməsi məqsədi daşıyıb. İqtisadiyyatımızın yüksəliş dövründə Azərbaycan Metrologiya İnstitutu ilə Azərbaycan Dövlət Dəniz Akademiyasının sıx əməkdaşlığı gəmiçilik sahəsində gələcəyin mütəxəssisləri olan gənc kadrların maarifləndirilməsində və kadr hazırlığının daha da təkmilləşdirilməsində müsbət rol oynayır.