- XƏBƏRLƏR -
883 Arxiv
ADK-da "Bizə zəfər yaraşır" adlı tədbir keçirilib
2023.11.07 11:26

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) nəzdindəki Azərbaycan Dənizçilik Kollecinin (ADK) tələbə və müəllim heyətinin iştirakı ilə 8 Noyabr - Zəfər Günü ilə bağlı “Bizə zəfər yaraşır” adlı konfrans keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Qarabağ uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəmanların əziz xatirəsi yad edilib.

Tədbirdə çıxış edənlər Vətən müharibəsində xalqımızın qazandığı Zəfərin əhəmiyyətindən və ölkəmizin gələcəyi olan gənclərimizin vətənpərvər ruhda böyüməsinin zəruriliyindən danışıblar. Bilidirilib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Bu müharibə nəticəsində əldə olunmuş qələbəni Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, Ordumuzun şücaəti, xalqımızın birliyi hesabına qazandıq.

Tədbirdə iştirak edən Vətən müharibəsi iştirakçıları torpaqlarımızın azad edilməsi uğrunda aparılan əks-hücum əməliyyatlarında iştiraklarından və 44 günlük haqq savaşımızda vətənpərvər oğullarımızın igidliyindən söhbət açıblar. Eyni zamanda, çıxışçılar şəhid ailələrinə, Vətən müharibəsində iştirak edən şəxslərə, o cümlədən qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.