- XƏBƏRLƏR -
1843 Arxiv
Nobel mükafatı laureatı “Tətbiqi mexanika” kafedrasında
2023.10.23 14:11

“Azərbaycan Dövlət Dəniz Akademiyası” PHŞ-də Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar V Beynəlxalq Avrasiya Risk konfransının keçirilməsi ilə əlaqədar 12 xarici ölkədən xeyli nümayəndə Azərbaycana gəlib. Onların sırasında Nobel mükafatı laureatı Stanislav Timoşev də var.   

Akademiyanın “Tətbiqi mexanika” kafedrasında Nobel mükafatı laureatı Timoşevlə görüş keçirilib.

Görüşün təşkil olunmasına görə Akademiya rəhbərliyinə və “Tətbiqi mexanika” kafedrasına minnətdarlığını bildirən Timoşev, alim kimi yüksək zirvələrə çatmasının yollarından və elmi fəaliyyətindən söhbət açıb, əməkdaşlıq əlaqələrinin qurulması üçün kafedraya öz qiymətli tövsiyələrini verib, müəllimləri maraqlandıran sualları cavablandırıb.   

Görkəmli alimlə baş tutan maraqlı görüş çay süfrəsi ətrafında davam etdirilib. “Tətbiqi mexanika” kafedrasının müdiri, professor Vaqif Həsənov qonağa rəhbərlik etdiyi kafedra haqqında ətraflı məlumat verib, birlikdə görüləcək işlər haqqında müzakirələr və fikir mübadiləsi aparılıb. Görüş xatirə şəkillərinin çəkdirilməsi ilə yekunlaşıb.