- XƏBƏRLƏR -
1631 Arxiv
Nobel mükafatı laureatı ilə görüş
2023.10.23 14:05

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Təbii və texnogen risklərin minimallaşdırılması üzrə innovasiyalar” mövzusunda V Beynəlxalq Avrasiya Risk konfransında iştirak etmək üçün Nobel mükafatı laureatı S.Timoşev Akademiyaya gəlmişdir.

Konfransdan əvvəl Nobel mükafatı laureatı, professor S.Timoşevi qəbul edən rektor Heydər Əsədov Azərbaycanın təbii və texnogen risklərin qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması istiqamətində gördüyü işlərdən, bu sahədəki beynəlxalq əməkdaşlıqdan danışıb. Rektor bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlu təzahürü gəmiçilik sənayesində təbii və texnogen risklər sahəsində də özünü göstərir.

Görüşün təşkil olunmasına görə rektora minnətdarlığını bildirən qonaq elmi fəaliyyətindən söhbət açıb, Akademiya ilə  əməkdaşlıq əlaqələrinin qurulması üçün səy göstərəcəyini vurğulayıb.

Görüşün sonunda xatirə şəkli çəkilmiş, qonağa Azərbaycanı xatırladacaq hədiyyələr təqdim edilmişdir.