- XƏBƏRLƏR -
1993 Arxiv
Heydər Əliyev irsini öyrənirik
2023.07.14 12:09

İyulun 12-də Yasamal rayon Heydər Əliyev Mərkəzində Ümumilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 54-cü ildönümünə həsr olunmuş dəyirmi masa təşkil olundu. Dəyirmi masada Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri iştirak etdilər.

Tədbir iştirakçıları ilk öncə Mərkəzin Muzey bölməsi ilə tanış oldular, Ulu Öndər  Heydər Əliyevin büstünü ziyarət etdilər. Muzey bölməsində qonaqlara Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətlərini özündə əks etdirən eksponatlar, fotoşəkillər haqqında ətraflı məlumat verildi. Tədbir Azərbaycan Respublikası Dövlət himninin səsləndirilməsi ilə başladı.

Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə giriş nitqi ilə çıxış edən Mərkəzin elmi işçisi Azər Zeynalzadə müasir Azərbaycan tarixinin dönüş mərhələsini təşkil edən -14 iyul 1969-cu il Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi böyük bir dövrün başlanğıcı olduğunu və Azərbaycanın sosial-iqtisadi həyatında inkişafın bünövrəsinin qoyduğunu bildirdi. Ulu Öndər Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmiş, Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün tarixi işlər görmüşdür.

Sonra Ümummilli lider Heydər Əliyevin birinci hakimiyyət dövrünü əks etdirən videoçarx nümayiş olundu. Sonda qonaqlar Mərkəzin foyesində nümayiş etdirilən "Ümummilli lider Heydər Əliyev və Azərbaycan mədəniyyəti 100" adlı sərgi ilə tanış oldular.