- XƏBƏRLƏR -
2139 Arxiv
“V.Ships” nümayəndələri ADDA -da
2023.06.22 14:07

   20 iyun 2023-cü il tarixində  Azərbaycan Dövlət Dəniz Akademiyasında dünyanın aparıcı gəmi idarəetmə şirkətlərindən olan “V.Ships” nümayəndələri ilə görüş keçirilib.

  Qonaqlara Azərbaycanda dənizçilik təhsilinin tarixindən, Dəniz Akademiyasının 1996-cı ildə Ümumilli Lider Heydər Əliyevin birbaşa tövsiyəsi ilə yaradılmasından, Akademiyanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlardan ətraflı məlumat verildi. Bildirildi ki, ADDA PHŞ, diplomları beynəlxalq miqyasda tanınan, Beynəlxalq Konvensiyasiyanın bütün tələblərinə cavab verən ali dənizçilik təhsili müəssisəsidir.

  Akademiyada  yaradılan “Qarabağ Azərbaycandır” adlı guşəsi nümayəndə heyyətinin marağını cəlb etmişdir. Daha sonra bu barədə qonaqlara geniş məlumat verildi.  Bildirildi ki, 44 günlük Vətən müharibəsində iştirak edən şəhid və qazilər sırasında Akademiyanın tələbə və məzunlarıda yer almışdır.

   Sonra “V.Ships” nümayəndələri Akademiyanın müasir tədris, trenajor və laborotoriya otaqları ilə tanış olaraq, onları maraqlandıran suallar ərafında müzakirələr aparılmışdır.