- XƏBƏRLƏR -
2133 Arxiv
Tələbəmizin uğuru
2023.05.30 15:17

Mayın 28-də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Gənclər və İdman Nazirliyinin dəstəyi, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO), Azərbaycan Yelkən Federasiyasının (SFA) və “Xəzər” Yelkənli Qayıqlar İdman Klubunun birgə təşkilatçılığı ilə "Baku Sailing Regatta-2023” keçirilib. 

“Xəzər bizi səsləyir” devizi ilə Bakı buxtasında təşkil olunan yarış çərçivəsində 26 mayda start verilən yarışlarda iştirak edən yelkənçilər arasında “Dəniz naviqasiyası mühəndisliyi” ixtisasının tələbələri Murad Hacızadə, Ahmed Muhammed və Elvin Abbasov da mübarizə aparıblar.

Yelkənçilərin gərgin mübarizəsində “Dəniz naviqasiyası mühəndisliyi” ixtisasının I kurs tələbəsi Murad Hacızadə 2-ci yeri tutub.

Yelkənçilərimizi təbrik edirik.