- XƏBƏRLƏR -
2977 Arxiv
“Gəmi mühəndisi-2023” texnologiya sərgisi
2023.05.26 16:59

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına uyğun olaraq “Azərbaycan Dövlət Dəniz Akademiyası” PHŞ-də 26 may 2023--cü il tarixində - “Gəmi mühəndisi-2023” texnologiya sərgisi keçirilib.

Sərgidə Akademiyanın kafedraları, eləcə də  Xəzər Dəniz Nəqliyyat Layihə-Axtarış və Elmi-Tədqiqat İnstitutu, Dəniz Nəqliyyat DonanmasıXəzər Dəniz Neft Donanması, "Bibiheybət" Gəmi Təmiri Zavodu, "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodu özlərinin elmi və texniki yaradıcılıq fəaliyyətinin məhsulları, fundamental və tətbiqi tədqiqatlar, o cümlədən texnoloji yeniliklər və innovasiyalarla çıxış ediblər.

Sərginin keçirilməsində məqsəd elmi-texniki və tətbiqi yaradıcılığı, gənclərin biznes ideyalarını dəstəkləmək və inkişaf etdirməkdən, eləcə də Akademiyada startap hərəkatının genişləndirilməsindən və “TEKNOFEST” texnologiya sərgisində iştirak etməkdən ibarətdir.