Azərbaycan Dövlət Dəniz Akademiyasında yaz semestrinin imtahan sessiyasının növbəti imtahanları keçirilir. İmtahanlar həm test, həm yazılı, həm də şifahi üsulla aparılır.
Hər il olduğu kimi, bu il də Akademiya rəhbərliyinin təşəbbüsü ilə imtahan prosesini izləmək üçün tələbələrin valideynləri dəvət olunub. ADDA-nın elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Vüqar Sadıqov və “Gəmi sürücülüyü” fakültəsinin dekanı Elnur Abbasov qonaqlara imtahanlar haqqında geniş məlumat veriblər. Bildiriblər ki, həm imtahanın gedişi, həm də bilet suallarının yoxlanılması zamanı şəffaflığın və obyektivliyin qorunması diqqətdə saxlanan ən başlıca məsələdir.
Valideynlər imtahan prosesi ilə yaxından tanış olmaq imkanına görə Akademiyanın rəhbərliyinə minnətdarlıqlarını bildirərək, ADDA-da tədris prosesinin və nizam-intizamın övladlarının karyerasına müsbət təsir göstərəcəyinə əmin olduqlarını qeyd ediblər.