Azərbaycan Dövlət Dəniz Akademiyasında 8 may 2023-cü ildə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Gənc alimlərin elmi tədqiqat işləri aparmaları və nüfuzlu jurnallarda məqalə çap etdirmələri ilə əlaqədar tövsiyələr” adlı “master-klass” dərsi “Tətbiqi mexanika” kafedrasının müdiri t.e.d., prof. Vaqif Həsənovun təqdimatında keçirilmişdir.
Tədbiri “Gəmi mexanikası və elektromexanikası” fakultəsinin dekanı Rafiq Əsgərov açıq elan etmiş və Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra prof.Vaqif Həsənov təqdimatında Heydər Əliyevin elm, bilik və təhsillə bağlı gördüyü işləri haqqında iştirakçılara məlumat vermişdir.
Təşkil olunan dərsdə aşağıdakı məsələlərə baxılmışdır:
“Master-klass”da Akademiyanın professor-müəllim heyəti, doktorantları və magistrantları iştirak ediblər. Bildirilib ki, belə tədbirlərin keçirilməsi gənc tədqiqatçıların elmi fəaliyyətinə daha da təkan verəcək, zəngin təcrübənin yeni nəslə ötürülməsində vacib rol oynayacaq.
Təqdimatın sonunda iştirakçıları maraqlandırılan suallar cavablandırılmış və xatirə şəkli çəkilmişdir.