Görkəmli oftalmoloq, Akademik Zərifə Əliyevanın 100 illiyi ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) keçirdiyi göz müayinəsi aksiyası uğurla yekunlaşıb.
“Dünyaya sağlam baxaq” devizi altında təşkil olunan tibbi aksiyanın sonuncu günü ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) baş tutub.
Aprelin əvvəlindən başlayan tibbi aksiya ASCO-nun bütün stukturlarını əhatə edib. Sosial tədbir çərçivəsində gözlərini müayinə etdirən əməkdaşlara nəticələrə uyğun olaraq həkimlər tövsiyələr də veriblər.
Qeyd edək ki, “Paşa Sığorta” ASC və Dünyagöz Xəstəxanasının tərəfdaşlığı ilə həyata keçirilən aksiyanın əsas məqsədi göz xəstəlikləri ilə bağlı monitorinqin aparılmasından ibarətdir.