- XƏBƏRLƏR -
2693 Arxiv
“Breyn Ring” yarışı keçirilib
2023.04.19 13:49

      Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Ulu Öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi məqsədilə və Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı  Tədbirlər Planına əsasən, gənclərin intellektual potensialının inkişafı, onların asudə vaxtlarının səmərəli təşkili, eyni zamanda qabiliyyətli və istedadlı gənclərin müəyyənləşdirilməsi üçün  “Gəmi sürücülüyü” fakültəsinin və ADDA-da fəaliyyət göstərən tələbə təşkilatlarının təşəbbüsü ilə Akademiyanın tələbələri arasında “Breyn Ring” intellektual yarışı keçirilib.

         İntellektual yarışda hər birində beş iştirakçı olmaqla altı komanda mübarizə aparıb. İştirakçıların öz bilik və bacarıqlarını nümayiş etdirdikləri,  gərgin, maraqlı, aktiv rəqabət şəraitində keçən yarışda "Mexanik" komandası qalib gəlib.. "Pantalas" və "Vaqabond"  komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.  

          Qeyd edək ki, ADDA-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş silsilə tədbirlər davam edəcək