- XƏBƏRLƏR -
2569 Arxiv
Heydər Əliyev - 100
2023.04.12 11:52

    Aprelin 11-də ADDA-nın “Gəmi sürücülüyü” fakültəsinin, “Dəniz naviqasiyası” kafedrasının və “Caspian Marine Services” şirkətinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyevin dənizçilik təhsilinin və dəniz nəqliyyatının inkişafında rolu” mövzusunda elmi-praktiki seminar keçirilib.

      Seminar Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi  bir dəqiqəlik sükutla yad edilib.

     Akademiyanın “Dəniz naviqasiyası” kafedrasının müdiri Həzi Nəbiyev Heydər Əliyevin ölkəmizin dəniz nəqliyyatının, habelə Azərbaycan elminin inkişafındakı xidmətlərindən ətraflı söhbət açıb, çıxışını faktlarla əsaslandırıb.

     Digər çıxışçılar qeyd ediblər ki, Ulu Öndərin ideyaları və tövsiyələri  bu gün də müasir gəmiçilik şirkətləri üçün yol xəritəsi rolunu oynayır. CMS nümayəndələri şirkətin fəaliyyəti haqqında ətraflı məlumat verdilər, tələbələrin suallarını cavablandırdılar. Çox səmimi və qarşılıqlı faydalı əməkdaşlıq ruhunda keçən seminarın sonunda fəal tələbələr mükafatlandırılıb.