- XƏBƏRLƏR -
2267 Arxiv
ADDA tələbələrinə fərdi və kollektiv xilasedicilərlə bağlı təlim keçirilib
2023.04.11 11:34

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) tələbələri üçün “Beynəlxalq konvensiyalar” fənninin proqramına uyğun fərdi və kollektiv xilasedicilərlə bağlı təlim təşkil olunub.

Təlimdən öncə tələbələrə ASCO-nun Xəzər Dəniz Neft Donanmasının (XDND) Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ekologiya şöbəsinin əməkdaşları  əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə giriş təlimatı keçiblər.

Sonra tələbələr XDND-nin "General Əsədov" sərnişin gəmisində quraşdırılmış xilasedici vasitə və avadanlıqlarla tanış olub, nəzəri bilik və bacarıqlarını təcrübədə möhkəmləndiriblər.

“General Əsədov” gəmisinin heyətinin köməyilə tələbələr xilasedici dairələrdən, xilasedici canlıqlardan və hidrokostyumlardan istifadə ediblər.

Qeyd edək ki, bu təlimlər ADDA-nın “Dəniz naviqasiyası mühəndisliyi”,  “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” və “Elektrik və elektronika mühəndisliyi” ixtisaslarında təhsil alan bütün tələbələri üçün keçirilir.