- XƏBƏRLƏR -
2359 Arxiv
Beynəlxalq Təhsil Sərgisi
2023.04.04 14:35

Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri ABŞ, Almaniya, Fransa, Böyük Britaniya, Koreya və bir sıra Baltikyanı ölkələrdan olan 100-dən çox universitetin iştirakı ilə Bakı şəhərində keçirilən Beynəlxalq Təhsil Sərgisində iştirak ediblər. "Baku Marriott Hotel Boulevard”-da baş tutmuş tədbirə qatılan tələbələr həm beynəlxalq təhsil qurumlarının pedaqoji təcrübəsilə tanış olublar, həm də gələcək təhsil həyatları üçün dəyərli məlumat və məsləhətlər alıblar.