- XƏBƏRLƏR -
2333 Arxiv
26 fevral xatirələrdə yaşayır
2023.02.27 12:12

Fevral 25-də Xocalı soyqırımının 31 illiyinə həsr olunmuş “Nə tarix, nə bizlər unutmadıq! Xocalıya Ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində paytaxt Bakıda yerləşən təhsil müəssisələrindən 3000-ə yaxın tələbənin iştirakı ilə “613” fləşmobu reallaşdırılıb. Fləşmob Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu, eləcə də ATGTİ-nin təşkilatçılığı ilə baş tutub. Fləşmobda ADDA tələbələri də iştirak ediblər.

Tələbə gənclərimiz daha sonra Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı” abidəsini ziyarət ediblər. Soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib, abidənin önünə qərənfillər düzülüb.