- XƏBƏRLƏR -
2317 Arxiv
Maarifləndirmə tədbiri
2022.12.15 16:19

Dekabrın 12-də Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi “Azərbaycanda Avropa İİV-ə Testləşmə həftəsi” çərçivəsində Azərbaycan Dövlət Dəniz Akademiyasında maarifləndirmə tədbiri keçirib.

         ADDA-nın “Gəmi sürücülüyü” fakültəsinin dekanı Elnur Abbasov qonaqları və iştirakçıları salamladıqdan sonra belə tədbirlərin əhəmiyyətindən danışıb. Sonra Azərbaycanda İİV infeksiyasının yayılma səviyyəsinin aşağı salınması, İİV-lə yaşayan insanların ömrünün uzadılması və həyat keyfiyyətinin yaxşılaşdırılması barədə ətraflı söhbət açılıb, məqsədin insan sağlamlığına ciddi təhlükə olan İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) ölkəmizdə yayılmasının qarşısının alınması, tələbələrin sağlam həyat tərzi barədə məlumatlandırılması olduğu vurğulanıb. Akademiyaya gəlmiş təcrübəli həkimlər xəstəliyin tarixi, yoluxma yolları, profilaktikası, müayinə və müalicəsi barədə suallara aydınlıq gətiriblər.

Sonda tələbələrə İİV/QİÇS-ə aid bukletlər paylanıb, xəbərdaredici məlumatlar verilib.