- XƏBƏRLƏR -
2299 Arxiv
Təhsil kreditinə dair görüş
2022.12.06 13:44

Dekabrın 5-də Təhsil Tələbə Krediti Fondunun rəhbərliyi Azərbaycan Dövlət Dəniz Akademiyasının qonağı olub. Fondun İdarə heyəti sədinin müavini Bəhruz Əzimov  və Fondun əməkdaşları Ağca Məmmədova, Ağamusa İsazadə ADDA-nın tələbələri ilə görüş keçiriblər.

     Tədbirdə ADDA-nın Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Vüqar Sadıqov, Gəmi sürücülüyü fakültəsinin dekanı Elnur Abbasov və  TEC-nin sədri Laçın Babayev iştirak ediblər. Vüqar Sadıqov qonaqları və tədbir iştirakçılarını salamladıqdan sonra Bəhruz Əzimov fondun fəaliyyət istiqamətlərindən söhbət açıb, fondun fəaliyyətinin əsas məqsədinin təhsilin əlçatanlığını təmin etməkdən ibarət olduğunu vurğulayıb, müraciət qaydaları və təhsil tələbə kreditlərinin verilməsi meyarları, təhsil tələbə kreditinə tətbiq edilən güzəştlər, möhlət dövrləri barədə geniş məlumat verib.