- XƏBƏRLƏR -
2457 Arxiv
ADDA tələbələrinə “Sabit Orucov” tədris-gəmisində təlim keçirilib
2022.11.15 14:38

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) “Gəmi energetik qurğularının istisimarı mühəndisliyi” ixtisasının tələbələri üçün “Sabit Orucov” tədris-gəmisində praktiki təlim keçirilib.

Praktiki məşğələ  “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq Konvensiyanın tələblərinə uyğun təşkil edilib.

Təlim zamanı tələbələrə bütün dənizçilər üçün gəmidə təhlükəsizlik üzrə ilkin tanışlıq və təlimat, sürətli olmayan xilasetmə qayıq və sallar üzrə mütəxəssis, əmniyyətli idarəetmə haqqında beynəlxalq məcəllə, gəmi mühafizəsi üzrə ümumi hazırlıq və təlimat serftifikatlarının verilməsi və beynəlxalq normativ hüquq aktlarının analiz edilməsi barədə məlumatlar təqdim olunub.

Bundan başqa, ADDA tələbələri gəmidə baş verə biləcək mümkün qəza halları, xilasedici vasitələrin növləri, xilasedici qayıqlar və sallarda olan avadanlıqlar, qəza zamanı gəminin tərk edilməsi zamanı görülən tədbirlər, dənizdə qəza vəziyyətində qalanları aşkarlamaq üçün istifadə edilən avadanlıqlar və s ilə tanışlıq imkanı əldə ediblər. Təlimdə onlara yanğından mühafizə tədbirləri, yanğından mühafizə avadanlıqlarının növləri, onların gəmidə yerləşdirilməsi kimi məsələlər də izah olunub.

Təlim çərçivəsində tələbələrin iştirakı ilə gəmidə verilən şərti “həyəcan siqnalı” zamanı sərnişinlərin böyük toplantı yerlərinə gəlməsi prosesi uğurla yerinə yetirilib.