- XƏBƏRLƏR -
2435 Arxiv
“Zəfər günü”nə həsr olunmuş “Dəyirmi masa”
2022.11.05 13:50

Noyabrın 4-də Azərbaycan Dövlət Dəniz Akademiyasında “Zəfər günü”nə həsr olunmuş “8 Noyabr 2020-ci il Zəfərinin daimiliyi tarixi torpaqlarımızın sərhədlərinə çıxışdan keçir” mövzusunda “Dəyirmi masa” keçirilib.

 “Humanitar fənlər” kafedrası və Həmkarlar təşkilatının birgə hazırladığı tədbirdə Akademiyanın professor-müəllim heyəti, tələbələr, dəvət olunmuş Vətən müharibəsi qaziləri iştirak ediblər. “Humanitar fənlər” kafedrasının müdiri, dosent İlqar Abdullayev, dosent Əsədullah Süleymanov, baş müəllim Ağarza Fətəliyev, baş müəllim Elbrus Həşimov, baş müəllim Sevinc Rzayeva, tələbələr Elnur Ağayev (091A1), Aydın Zeynalov (052A1), Taleh Məmmədov (051A3) mövzu ətrafında maraqlı məruzələrlə çıxış ediblər. Tələbələrimiz Türk dünyasının “İstiqlal marşı”nı və “Zəfər marşı”nı səsləndiriblər. Sonda Zəfər gününə həsr olunmuş videomaterial nümayiş etdirilib.