- XƏBƏRLƏR -
2407 Arxiv
Yeni əməkdaşlıq müqaviləsi
2022.11.05 10:40

Azərbaycan Dövlət Dəniz Akademiyasının digər ali texniki təhsil və elmi-tədqiqat müəssisələri ilə əlaqələri daim genişlənməkdədir. Xarici ölkə və respublika universitetləri ilə əməkdaşlıq, tələbə mübadiləsi, dənizçilik sahəsində aparılan elmi araşdırmalarda birgə iş və s. kimi layihələr Akademiya rəhbərliyinin diqqət mərkəzindədir.

Bu günlərdə Azərbaycan Dövlət Dəniz Akademiyası ilə milli Aerokosmik Agentliyinin “Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutu” arasında birgə əməkdaşlığa dair müqavilə imzalanmışdır.

Müqaviləyə əsasən, ADDA-nın “Tətbiqi mexanika” kafedrası ilə Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutu kadr hazırlığı və elmi-tədqiqat sahəsində birgə iş quracaqlar. Məqsəd ADDA-da tədris prosesinin elmi-tədqiqatla əlaqələndirilməsi, elm və təhsilin istehsalata inteqrasiyasının gücləndirilməsi, tələbə və magistrlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki bilik, bacarıq və vərdişlərin formalaşdırılması, kosmik tədqiqatlar sahəsində elmi yeniliklərin və innovasiyaların tədris prosesinə tətbiqi, birgə elmi tədqiqatların aparılması və inkişaf etdirilməsindən ibarətdir.