- XƏBƏRLƏR -
2265 Arxiv
ADDA-da “Şuşa ili” ilə bağlı “Kim, nə, harada?” intellektual yarışı keçirildi
2022.10.31 15:19

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Şuşa ili” ilə bağlı tədbirlər planına əsasən, gənclərin intellektual potensialının inkişafı, onların asudə vaxtlarının səmərəli təşkili, eyni zamanda qabiliyyətli və istedadlı gənclərin müəyyənləşdirilməsi məqsədilə  oktyabrın 28-də “Tətbiqi mexanika” kafedrasının təşəbbüsü ilə Akademiyanın tələbələri arasında “Kim? Nə? Harada?” intellektual yarışması keçirilmişdir.

          Tədbirdə ADDA-nın elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Vüqar Sadıqov açılış nitqi ilə çıxış edərək, haqq işi naminə apardığımız 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən azad edilən Şuşa şəhərinin tariximizdəki əhəmiyyətini vurğuladı və yarışda iştirak edən tələbələrə  uğurlar arzuladı.

          Bu əlamətdar tarixə həsr olumuş intellektual yarışda hər birində beş iştirakçı olmaqla altı - "Xarı bülbül", "Naviqator", "Dəniz", "Mexanik", "Qarabağ" və "Energetika" adlı komandalar mübarizə aparırdılar. Komandalar arasında baş tutan bu intellekt yarışmasında iştirakçılar öz bilik və bacarıqlarını nümayiş etdirdilər.  Gərgin, maraqlı, aktiv rəqabət şəraitində keçən yarışmanın qalibi "Naviqator" komandası oldu. "Mexanik" və "Energetika"  komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşdülər.

          Qaliblər  mükafat və diplomlarla təltif olundular.