- XƏBƏRLƏR -
2533 Arxiv
Elmi Şuranın ilk iclası
2022.10.07 11:27

 Oktyabrın 5-də ADDA Elmi Şurasının yeni tədris ilində ilk iclası keçirildi. İclasda əvvəlcə 2022-ci ildə tədrisin bütün pillələri üzrə Akademiyaya qəbulun nəticələri haqqında məsələ dinlənildi. Tədris qeydiyyat şöbəsinin müdiri Əsədullah Süleymanovun məlumatına görə, builki qəbulun nəticələri və bütün yerlərin dolması nikbinlik üçün əsas verir. Dəniz Akademiyasının nüfuzu ildən-ilə artır və bu, özünü qəbulun nəticələrində də göstərir.

          Elmi Şuranın sədri, rektor Heydər Əsədov qeyd etdi ki, əgər qəbul planı tam dolubsa, deməli tələbat formalaşdıra bilmişik. Akademiyanın təbliğatı məqsədilə müvafiq işləri görməklə bu nəticəyə nail olmuşuq. Əgər tələbat varsa, qəbul planını artırmaq olar. Qəbul planını artırmaq təkcə qəbul proqnozunun yerinə yetirilməsi deyil, həmçinin tələbələrin təhsil almaları üçün münbit şəraitin yaradılmasıdır. Akademiyaya qəbul ballarının artması, qəbul olunanlar arasında 20 əcnəbi vətəndaşın olması da çox yaxşı göstəricidir.

          Sonra 2021/2022-ci tədris ilində məzun buraxılışının yekunu haqqında məlumat dinlənildi, Azərbaycan Dövlət Dəniz Akademiyası ilə Qazaxıstanın Yessenov Universiteti arasında imzalanmış müqaviləyə əsasən ikili diplom proqramı üzrə tədris planları təsdiq edildi.