Sentyabrın 27-si Azərbaycanda Vətən müharibəsi şəhidlərinin Anım Günüdür.
Bu münasibətlə saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Xəzər dənizində və xarici sularda üzən gəmilərində, sahil idarələrində Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb.
Gəmilər olduqları ərazi sularında 1 dəqiqəlik fasiləsiz fit veriblər.
Allah şəhidlərimizə rəhmət etsin!