- XƏBƏRLƏR -
3575 Arxiv
İranlı qonaqla görüş
2022.09.23 15:02

Sentyabrın 23-də Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Heydər Əsədov iranlı həmkarı, SYRAF Dəniz Akademiyasının rektoru Hassan Ziaei ilə görüşüb. Görüşdə ikitərəfli əməkdaşlıq perspektivləri diqqət mərkəzində olub.

ADDA-nın rektoru qonağı salamlayaraq, Akademiyamızda təhsilin pillələri, tədris şəraiti, tələbə kontingenti barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan Dövlət Dəniz Akademiyası Beynəlxalq Dəniz Təşkilatının müvafiq siyahısında dünya dənizçılık ali məktəbləri sırasında yer alır, yüksək ixtisaslı dənizçi kadrları hazırlayır, eyni zamanda nəzdindəki Təlim Tədris Mərkəzi vasitəsilə dənizçiləri sertifikatlandırır. ADDA-da dünyanın müxtəlif ölkələrindən əcnəbi tələbələr də təhsil alır. Bu işlərin beynəlxalq standartlar səviyyəsində qurulması üçün hər cür şərait yaradılıb.

Hassan Ziaei səmimi qarşılandığına görə Heydər Əsədova razılığını ifadə edərək, çox məmnun olduğunu bildirib. Qonaq SYRAF Dəniz Akademiyası haqqında prezentasiyasını təqdim edib. Onun məlumatına görə, SYRAF Dəniz Akademiyası İranda rəhbər dənizçi kadrlar üçün kurslar təşkil edir və buna görə də ADDA ilə əməkdaşlıqda maraqlıdır.

Görüşdə tərəflər arasında Anlaşma Memorandumunun layihəsinin hazırlanması barədə razılıq əldə olunub.