- XƏBƏRLƏR -
3859 Arxiv
Əziz abituriyentlər, ADDA-nı seçin, dənizləri bizimlə fəth edin!
2022.08.17 10:07

Bugündən ölkənin ali təhsil müəssisələrinə ixtisas seçimi başlayır. Seçim prosesi 28 avqustadək davam edəcək.

Əziz abituriyentlər, sizi dənizçiliyin sirlərinə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında yiyələnməyə, ADDA ailəsinin üzvü olmağa dəvət edirik!

Nazirlər Kabinetinin təsdiqlədiyi qəbul planına əsasən, 2022/2023-cü tədris ili üçün ADDA-ya ümumilikdə 200 plan yeri ayrılıb.

Ali təhsil müəssisəsinin “Dəniz naviqasiyası mühəndisliyi” ixtisasında (ümumilikdə 90 yer) Azərbaycan dili ilə yanaşı (60 yer), rus (15 yer) və ingilis dillərində (15 yer) də tədris nəzərdə tutulub.

“Gəmi energetik qurğularının istismarı mühəndisliyi” (ümumilikdə 70 yer) ixtisası Azərbaycan (55 yer) və ingilis (15 yer), “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” (20 yer) və “Elektrik və elektronika mühəndisliyi” (20 yer) ixtisası isə yalnız Azərbaycan dilində tədris olunacaq.

ADDA-ya qəbul DİM tərəfindən keçirilən I qrup imtahanlarının nəticələrinə əsasən aparılır.

Akademiyaya qəbul olmaq üçün qabiliyyət imtahanı nəzərdə tutulmur.

Bakı şəhəri və Abşeron rayonunda daimi qeydiyyatda olanlardan başqa digər tələbələr ehtiyac olduğu halda yataqxanaya yerləşdirilməsi üçün müraciət edə bilərlər. Bu zaman ilk növbədə şəhid ailəsindən və valideyn himayəsindən məhrum tələbələrin müraciətinə baxılacaq. Yataqxana tələbələrə güzəştli şərtlərlə təklif ediləcək.

Akademiyanın tələbələri oxuduqları müddətdə pulsuz dərs vəsaitləri, geyim forması və gündə iki dəfə isti yeməklə təmin olunacaqlar.