- XƏBƏRLƏR -
2603 Arxiv
Alimlərimizin uğuru
2022.06.14 13:55

Təqdirəlayiq haldır ki, ADDA-nın “Humanitar fənlər” kafedrasının əməkdaşları tərəfindən 2021/2025-ci illər üçün aparılan “Müasir Azərbaycanın müstəqilliyini şərtləndirən amillər” adlı elmi-tədqiqat işi Azərbaycan Milli Elmlər Akademiyasının 2021-ci ildəki fəaliyyəti haqqında Hesabata salınıb. (AMEA,  Hesabat, II cild, 2021)

Elmi-tədqiqat işində milli müstəqilliyimizin bütün dövrlərini və aspektlərini əhatə edən fundamental əsas kimi, “dövlət müstəqilliyi - suverenlikdir” ideyası götürülüb. Burada dövlət suverenliyi anlayışı milli suverenlik anlayışı ilə sıx əlaqədə nəzərdən keçirilir, o cümlədən ərazi bütövlüyü və onun toxunulmazlığı, milli özünüdərki formalaşdıran amillər sırasında mənəvi dəyərlərin xüsusi önəm daşıdığı qeyd olunur.

Elmi-tədqiqat işinin rəhbəri və məsul icraçısı “Humanitar fənlər” kafedrasının müdiri, dosent İlqar Abdullayevdir.