- XƏBƏRLƏR -
2838 Arxiv
Növbəti “Master-klass” dərsi
2022.05.18 11:09

Mayın 17-də ADDA-nın akt zalında "Gəmiqayırma və gəmi təmiri" kafedrasının professoru, əməkdar elm xadimi Aydın Qafarov “Eksperimental tədqiqatların nəticələrinin emalı üsullarının analizinin bəzi aspektləri” mövzusunda “Master-klass” dərsini aparıb.

Seminar formatında təşkil olunan dərsdə aşağıdakı məsələlərə baxılıb:

  • Gəmi maşın və avadanlıqlarının etibarlılığının analizi;
  • Detalların keyfiyyət və dəqiqilik göstəricilərinin təyin edilməsi üsullarının müqayisəli analizi;
  • Maşın və avadanlıqların detallarının dəqiqlik və keyfiyyət parametrlərinin qiymətləndirlməsində ehtimal nəzəriyyəsinin və riyazi statistikanın tətbiqi.

Seminarda akademiyanın professor-müəllim heyəti, doktorantları və magistrantları ilə yanaşı, “Atlas Alliance Group” MMC-nin, “Xəzərdənizlayihə” ETİ-nin və Azərbaycan Texniki Universitetinin nümayəndələri də iştirak ediblər. Bildirilib ki, belə tədbirlərin keçirilməsi gənc tədqiqatçıların elmi fəaliyyətinə daha da təkan verəcək, zəngin təcrübənin yeni nəslə ötürülməsində vacib rol oynayacaq.