- XƏBƏRLƏR -
2761 Arxiv
ADDA tələbələri “Misyö Jordan və dərviş Məstəli şah” tamaşasını izləyiblər
2022.04.12 12:26

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) tələbələrinin asudə vaxtlarının maraqlı və səmərəli təşkili məqsədi ilə mütəmadi tədbirlər həyata keçirilir.

Ötən istirahət günlərində ADDA tələbələri teatr tamaşasında olublar. Onlar Teatr Xadimləri İttifaqının səhnəsində qurulmuş görkəmli Azərbaycan ədibi Mirzə Fətəli Axundovun “Misyö Jordan və dərviş

Məstəli şah” adlı əsərinə tamaşa ediblər. Akademiyanın tələbələri səhnə əsərini böyük maraqlar qarşılayıblar. 

Qeyd edək ki, tamaşanı izləyənlər arasında ADDA-da qarşılıqlı anlaşma əsasında təhsil alan qazaxıstanlı tələbələr də olublar.

Gələcəkdə bu cür mədəni tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.