- XƏBƏRLƏR -
3675 Arxiv
ADDA tələbələrinin yay istehsalat təcrübəsi başlayıb
2021.07.05 11:00

   “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələrinin yay istehsalat təcrübəsi başlayıb.

İlkin mərhələdə “Dəniz naviqasiyası mühəndisliyi”, “Gəmi energetik qurğularının istismarı mühəndisliyi”, “Elektrik mühəndisliyi” və “Elektrik və elektronika mühəndisliyi” ixtisasının tələbələri təcrübədə olacaqlar.

Hər il olduğu kimi, 2021-ci ildə də tələbələr əsasən ASCO-nun Dəniz Nəqliyyatı Donanması və Xəzər Dəniz Neft Donanmasının gəmilərində, eləcə də “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu və “Bibiheybət” Gəmi Təmiri Zavodunda təcrübə keçəcəklər.

Bir qrup tələbə isə ölkədə fəaliyyət göstərən digər gəmiçilik şirkətlərində təcrübədə olacaqlar.

“Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisasının tələbələrinin təcrübələri 6 iyuldan başlayacaq. Bu ixtisasda təhsil alan 46 tələbə Bakı Gəmiqayırma Zavodunda təcrübə keçəcək.

Yay istehsalat təcrübəsinin əsas məqsədi tələbələrin ilboyu keçdikləri fənlərin nəzəri əsaslarının təcrübədən alınan biliklərlə zənginləşdirilməsinə şərait yaratmaqdır.

Qeyd edək ki, istehsalat təcrübəsinin sonunda tələbələrin əldə etdikləri təcrübi bilikləri qiymətləndirilir və təcübələrin nəticələri haqqında hesabatlar tərtib edilir.