ASCO-nun struktur qurumu olan Azərbaycan Dövlət Dəniz Akademiyası vakant vəzifələrə qəbul haqqında elan verib.
Belə ki, ADDA-nın 4 kafedrası üzrə müəllimlər işə qəbul edilir. Vakansiyalarla sizi tanış edirik :
“Gəmi nəzəriyyəsi”, “Gəminin quruluşu və nəzəriyyəsi” (azərbaycan və ingilis dillərində) – 0,5 ştat baş müəllim
“Hidromexanika” (ingilis dilində) – əvəzçilik və yaxud saathesabı dosent və yaxud professor
“Naviqasiya” (ingilis dilində), “Gəmi sürücülüyünün naviqasiya təminatı” (ingilis dilində), “Dənizçilik astronomiyası” (ingilis dilində), “Beynəlxalq konvensiyalar” (ingilis dilində),
“Fəlakət zamanı qlobal dəniz rabitə sistemi” (ingilis dilində) – saathesabı baş müəllim
“Fəlsəfə” (ingilis dilində) – saathesabı dosent və yaxud professor
“Rus dili” – saathesabı dosent və yaxud professor
İşə qəbul zamanı Beynəlxalq xülasələndirmə və indeksləşmə sistemlərinə daxil olan dövri elmi nəşrlərdə məqalələri çap edilən namizədlərə üstünlük veriləcək.
Arzu edənlər bu elan dərc ediləndən 30 gün müddətində rektorun adına yazılmış ərizə ilə birlikdə tələb olunan sənədləri ADDA-nın əsas binasına təqdim etməlidirlər. Sənədlərin siyahısı bunlardır:
- Şəxsiyyət vəsiqəsinin surəti;
- Kadrlar uçotunun şəxsi vərəqəsi;
- Tərcümeyi-hal;
- Ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri;
- Elmi və elmi-metodiki işlərin siyahısı;
Qeyd edək ki, Azərbaycan Dövlət Dəniz Akademiyasının əsas binası Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 18 ünvanında (“Sahil” metrosunun yaxınlığında) yerləşir.
Əlaqə nömrəsi: (012) 404 37 00 (daxili 3239).
ADDA qeyd olunan şərtlərə cavab verən və özünə güvənən hər bir kəsi əməkdaşlığa dəvət edir !