- XƏBƏRLƏR -
5185 Arxiv
ADDA magistrantları respublika elmi-praktiki konfransında
2021.05.17 12:32

      Bu günlərdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında Ulu Öndərin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanın inkişaf strategiyası” adlı respublika  elmi-praktiki konfransı keçirilib.

“Zoom” platforması üzərində təşkil olunan konfransda Azərbaycan Dövlət Dəniz Akademiyasının “Elektrik mühəndisliyi” ixtisası  üzrə təhsil alan magistrantları ölkəmizdə gəmiçiliyin aktual problemlərinə dair, o cümlədən gəmi göyərtə mexanizmlərinin elektrik intiqallarının və avar elektrik mühərriklərinin  işə salınması, onların tezlik çeviriciləri ilə idarə olunması və buxar qazanında suyun səviyyəsinin avtomatik tənzim olunması haqqında  məqalələrlə çıxış ediblər.

Ümumilikdə kafedra üzrə magistrantların elmi işlərinin yerinə yetirilməsinə və müxtəlif ali təhsil müəssisələrinin elmi-texniki konfranslarında məqalələrlə çıxış etmələrinə rəhbərlik “Gəmi elektroavtomatikası” kafedrasının müdiri, dosent Elşən Sultanov tərəfindən həyata keçirilir.